İsrail Fransa prezidentliyinə namizəd Jan-Lük Melanşonu “arzuolunmaz şəxs” elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İsrail rəhbərliyi Fransanın solçu siyasətçisi və prezidentliyə namizəd Jan-Lük Melanşonu ölkəyə qarşı “həddindən artıq düşmən mövqe” tutmaqda günahlandıraraq “persona non grata” (arzuolunmaz şəxs) elan edib.
Qərarın qəbul edilməsinə səbəb Melanşonun 2027-ci il seçkilərində qələbə qazanacağı təqdirdə Fransa donanmasını Qəzza zolağına istiqamətlənən humanitar gəmiləri qorumaq üçün göndərəcəyini vəd etməsi olub.
Fransalı siyasətçinin bu bəyanatı rəsmi Təl-Əviv tərəfindən kəskin narazılıq və sərt addımla qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az






