Peruda məktəbli və əlil arabasındakı xəstə cildinə girən polislər narkotaciri yaxalayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Peruda gizli fəaliyyət göstərən polis əməkdaşları narkotik alverçisinin evinə daxil olmaq üçün qeyri-adi üsula əl atıblar.
Əməliyyatçılardan biri məktəbli, digəri isə əlil arabasında olan pasiyent qiyafəsinə girərək şübhəlinin yaşadığı ünvana yaxınlaşıblar.
Cinayətkarın diqqətini çəkməmək üçün bu cür maskalanan polislər qəfil hücumla evə daxil olaraq dərhal axtarışa başlayıblar.
Nəticədə narkotacir gözlənilməz basqın zamanı müqavimət göstərə bilməyərək saxlanılıb.
Onun evindən külli miqdarda qanunsuz maddə aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq aparılır.
Xuraman Etibarlı
İnterpress.az






