Çin kəşfiyyatı ilə əlaqə İDDİALARI: Censen Huanq Senata ÇAĞIRILDIbackend

Çin kəşfiyyatı ilə əlaqə İDDİALARI: Censen Huanq Senata ÇAĞIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nvidia”nın sabiq rəhbəri Censen Huanq ABŞ Senatına çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanq Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla əlaqələri barədə mediada yayılan xəbərlərdən sonra ABŞ Senatına ifadə verməyə çağırılıb.

Senat komitəsi xəbərdarlıq edib ki, o, dinləmələrə gəlməkdən imtina edərsə, barəsində məhkəmə yolu ilə məcburi çağırış vərəqəsi çıxarılacaq.

Məlumata əsasən, oxşar xəbərdarlıq məktubu ABŞ-nin ticarət naziri Lutnikə də göndərilib.

Nazir bu qalmaqal fonunda süni intellekt sahəsində istifadə olunan qabaqcıl mikrosxemlərin və çiplərin Çinə ixracını vaxtında məhdudlaşdırmadığı üçün sərt tənqidlərlə üzləşib.

Xuraman Etibarlı

İnterpress.az