Sabir Rüstəmxanlı: “Sözün bitdiyi yerdəyik”backend

Sabir Rüstəmxanlı: “Sözün bitdiyi yerdəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Sabir Rüstəmxanlı Türkiyəyə aid olan toprağın tərk edilməsi və bunu Türkiyə yetkililərinin dili ilə “böyük uğur, uğurlu hərbi əməliyyat” kimi təqdim edilməsinin utancverici olduğunu vurğulayıb: “Dostlarımız torpaq vermək bir tərəfə, hətta öyünürlər ki, bu işi kimsənin ruhu incimədən böyük uğurla ediblər. Sözün bitdiyi yerdəyik. Bu günlərdə Türkiyənin bütün bölgələrində Xocalı soyqırımı anılır, Qarabağı işğal edənlərin cəzalandırılması tələb edilir. Böyük türk millətinə buna görə minnətdarıq. Harada söz söyləmək imkanmız olursa, ermənilərin yalan iddiaları barədə danışırıq. Bu millətin bizə verdiyi vəzifədir. Mənə deyə bilərlər ki, bəs siz niyə Qarabağı tərk etmisiz? Bildirmək istəyirəm ki, o zaman azərbaycanlıların əlində olan ov tüfəngləri də dövlət tərəfindən alınmışdı. Torpaqlarımızı mükəmməl silahlanmış sovet-rus ordusu alıb ermənilərə verdi. Əlimiz boş olsa da döyüşdük, 25 min şəhid verdik. Türkiyənin gücü ilə bizim gücümüz bir deyil”.

İnterpress.az