Türkiyə Qarabağdakı seçkini təxribat adlandırdıbackend

Türkiyə Qarabağdakı seçkini təxribat adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-nın sorğusuna cavab olaraq Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, 20 ildən çox bir müddət ərzində Ermənistan işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mayın 3-nə planlaşdırılan “parlament seçkiləri” həmin ərazilərdəki hüquqazidd vəziyyəti birtərəfli leqallaşdırmaq cəhdlərinin bir hissəsidir: “Bu cür təşəbbüslər eyni zamanda beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Dağlıq Qarabağ probleminin və Azərbaycan-Ermənistan münaqişəsinin dinc həll yolunun tapılması məqsədilə ATƏT çərçivəsində aparılan danışıqların davam etdiyi bir mərhələdə qondarma “seçkilərin” işğal altındakı Dağlıq Qarabağ bölgəsində nizamlanma cəhdlərinə töhfə verməyəcəyi ortadadır”.

Türkiyə XİN Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün yenidən pozulmasına yönələn bu hərəkəti kəskin qınayır, qeyri-leqal gördüyü bu və digər təşəbbüslərin beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan hər hansı nəticəsini tanımadığını bəyan edir.

Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejimi mayın 3-nə işğal altında olan Azərbaycan ərazilərində “parlament seçkiləri” təyin edib.

İnterpress.az