Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E. Məmmədyarov bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri barədə türkiyəli həmkarına məlumat verib: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir, ATƏT-in Minsk Qrupunun üzvüdür”.
E. Məmmədyarov yaxın vaxtlarda Tehranda İran, Türkiyə və Azərbaycan xarici şlər nazirləri arasında görüş keçiriləcəyini bildirib. O, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gürcüstanda görüşünün keçirilməsinin planlaşdırıldığını da qeyd edib.
E. Məmmədyarov Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP-ın 2018-2019-cu ildə istifadəyə veriləcəyini bildirib.
İnterpress.az