Azərbaycan Dövlət Neft Şirkətindən İnterpress.az-a verilən məlumata görə, hava şəraitinin pisləşməsi gözlənilən axşam saatlarına qədər bütün rayonlarda qaz təchizatı bərpa edilib.
Hazırda Xızı rayonun Yaşma və Giləzi, Hacıqabul rayonun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında yaranmış məhdudiyyətlər tam şəkildə aradan qaldırılıb.
İnterpress.az