53909 qanunvericiliyinin pozulması faktı qeydə alınıbbackend

53909 qanunvericiliyinin pozulması faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadən xəbər verir ki, 29 025 vergiödəyici tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 9830 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 7823 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

3490 vergiödəyici tərəfindən 4751 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2842 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 899 vergiödəyicidə 10 822 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

İnterpress.az