Avropa Liqasında 1/8 finalın püşkü atıldıbackend

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən 16 komanda növbəti rəqiblərinin adı müəyyənləşib.

Püşkə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunacaq.

1/16 finalında \”Liverpul\”u mübarizədən kənarlaşdıran Türkiyənin \”Beşiktaş\” klubu \”Brügge\”yə rəqib olub. İtaliya klublarından \”Fiorentina\” – \”Roma\” və İspaniya klublarından \”Vilyareal\” – \”Sevilya\” bir-biriləri ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Avropa Liqasında 1/8 finalın cütlükləri belədir:

“Everton” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)

“Dnepr” (Ukrayna) – “Ayaks” (Hollandiya)

“Zenit” (Rusiya) – “Torino” (İtaliya)

\”Volfsburq\” (Almaniya) – “İnter” (İtaliya)

“Vilyarreal” (İspaniya) – “Sevilya” (İspaniya)

“Napoli” (İtaliya) – “Dinamo” (Moskva, Rusiya)

“Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə)

“Fiorentina” (İtaliya) – “Roma” (İtaliya)

İnterpress.az