Sürücülər əlverişsiz hava şəraitilə əlaqədər diqqətli olmalıdırlar. Yol polisi hazırda bütün yollara qar yağdığın bildirib.
“Hazırda respublikanın bütün yollarında qar yağır. Təkcə Lənkəran və Satara ərazisində yağış yağır. Muğanlı-İsmayıllı yolunda isə qar daha da şiddətlənib. Lakin hələlik heç bir yolda buzlaşma qeydə alınmayıb. Amma bu o demək deyil ki, sürücülər rahathərəkət edə bilərlər. Bilmək olmaz, yaxın saatlarda ola bilər ki, yollar buzlasın. Ona görə də maksimum dərəcədə ehtiyatlı olmalıdırlar”, – də Kamran Əliyev bildirib.
Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və əyləc məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər.
\”Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır\”, – deyə Kamran Əliyev bildirib.
Qeyd edək ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.
Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq. ( anspress.com )
İnterpress.az