İnterpress.az xəbər verir ki, London və Nyu-York birjalarında elektron hərraclar zamanı neftin qiymətləri yenidən aşağı düşməyə başlayıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 1,66% aşağı düşərək bir barel üçün 50,93 dollar təşkil edib.
Londonun \”ICE Futures\” birjasında \”Brent\” markalı neftin fevral fyuçersləri 1,86% azalıb və bir barelə görə 53,92 dollara bərabər olub.
İnterpress.az