Bunu İnterpress.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
M.Hacıyev əlavə edib ki, hazırda yarmarkanın təşkili ilə bağlı işlər aparılır. Yaxın günlərdə yarmarkanın dekabr ayının hansı günlərində keçiriləcəyi ilə bağlıda məlumat veriləcək. Günlər hələki dəqiqləşdirilir: \”Bu il çalışacağıq ki, yarmarkanın günlərinin sayı daha çox olsun. Həmçinin rayonların icra orqanlarından xahiş etmişik ki, builki yarmarakaya məhsulların çeşidi çox çıxardılsın”.
Xatırladaq ki, Bakı şəhərində 5, Sumqayıt şəhərində isə 3 ərazidə yarmarka təşkil olunacaq.
Gülşanə Mustafayeva
İnterpresss.az