Asan ipoteka kreditləri ilə satılan mənziləri alaq, ya almayaq?backend

Asan ipoteka kreditləri ilə satılan mənziləri alaq, ya almayaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Ramil Osmanlı İnterpress.az-a bildirir ki, burada iki şərt mövcuddur. Birincisi bank yolu ilə. Məsələn, dünən Beynəlxalq Bank artıq 20 illik, ilkin 10% şərtilə ipotakanı dayandırdığını bəyan etdi. Bankla şirkətlərin əməkdaşlığı çərçivəsində həyata keçirilən mənzil satışı dayandırıldı və yəqin ki, yeni qaydalar müəyyən olunacaq.
İkincisi isə şirkətlər (MTK-lar) tərəfindən təqdim olunan sizin dediyiniz yalnız şəxsiyət vəsiqəsilə olan daxili ipoteka. İkinci variant kifayət qədər risklidir və burada bir çox hallarda istehlakçı hüquqlarının pozulması hallarına rast gəlinir: “Xüsusilə də, yarımçıq tikili olan, yaxud tikintisi yeni başlayan binalarda. Şirkətlər sonradan müqavilələri birtərəfli qaydada pozur, əlavə ödənişlər üçün qeyri-qanuni öhdəliklər yaradır, istehlakçı isə ya həmin öhdəliyi icra edə bilmir, ya da mənzili geri qaytarmağa məcbur olur ki, bu zaman qazanan tərəf tikinti şirkətləri olur. Tikinti şirkəti vətəndaşdan topladığı vəsaitlə tikinti işlərini həyata keçirir, pulu geri qaytaran zaman isə dədə pulu kimi alıcıdan müəyyən faiz pul da çıxır”, deyə- əlavə edib.

Gülşanə Mustafayeva
İnterpresss.az