Azərbaycanın ticarət dövriyyəsi 4 dəfə AZALIBbackend

Azərbaycanın ticarət dövriyyəsi 4 dəfə AZALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,20% azalma qeydə alınıb.

Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,0% azalaraq 7 716 723,78 min dollar, ixrac isə illik 30,02% azalaraq 8 314 908,13 min dollara enib.

Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598 184,35 min dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin müvafiq dövründə həmin göstərici 2 432 017,66 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb.

Bu müddətdə ölkəyə 7 228 adda mal gətirilib, Azərbaycandan isə əksinə 2 809 çeşiddə mal ixracı həyata keçirilib.

İnterpress.az