Yanvar-noyabr ayları üzrə büdcə tapşırığı tam icra olunub. Bu haqda Vergilərə Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.
2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295 milyon 813,0 min manat vəsait ödənilib. Vergilər Nazirliyi üzrə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.
Cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
İnterpress.az