Fonddan İnterpress.az-a verilən məlumata görə, ümumilikdə 10 bank üzrə 718,002 mln. manatdan artıq kompensasiya ödənilib.
\”Parabank\” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), \”Zaminbank\” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), \”Kredobank\” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və \”Dekabank\” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. Beləliklə, 4 bank üzrə ödənilən kompensasiyanın məbləği ümumilikdə 126 mln. 81 min manatdan artıq olub.
\”Atrabank\” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), \”Qafqaz İnkişaf Bankı\” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 944 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 213 min manatdan artıq kompensasiya verilib.
\”Bank of Azerbaijan\” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), \”Gəncəbank\” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), \”Texnikabank\” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 50 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 174 min manatdan artıq kompensasiya ödənilib.
\”Bank Standard\” QSC-nin qorunan əmanətçilərinə 430 mln. 534 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.
İnterpress.az