Azərbaycana təhlükəli quş ətləri gətirilir – SOSbackend

Azərbaycana təhlükəli quş ətləri gətirilir – SOS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov bildirib.

O qeyd edib ki, Ukraynda “quş qripi”nin yayılması barədə rəsmi məlumat əldə edib: “Sahibkarlar ölkə başçısının yoxlamaları 2 illik dayandırmasından sui-istifadə edirlər. Ən əsası və bizi narahat edən məsələ, keyfiyyətdə ciddi dəyişikliklərdir. Hazırda Ukraynadan Azərbaycana təhlükəli quş ətləri gətirilir. Ukraynada “quş qripi” yayılıb. Lakin ictimaiyyətə bu barədə məlumat verilmir. Mən rəsmi məlumatlar əldə etmişəm ki, hazırda həmin ölkədə “quş qripi” genişlənib”.

E.Hüseynovun sözlərinə görə, Ukrayna sahibkarları sərbəst şəkildə Azərbaycan bazarına girir:
“Bu çox anormal bir haldır. Hansı ki, cənab prezident yerli quş əti və yumurtaların istehsalının artırılmasını və əhalinin tələbatının yerli istehsal vasitəsilə tam ödənilməsi göstərişini verib. Biz bu yaxınlarda paytaxtda apardığımız monitorinqlərdə tərkibinin 40 faizi naməlum maye olan Ukrayna quş ətlərini aşkarladıq. Bu gün də həmin məhsullar satılmaqda davam edir. Azərbaycan bazarı sürətlə çirklənir, amma aidiyyatı qurumlar hələ də seyrçi mövqeyindədirlər”.

İnterpress.az