Lisenziyası ləğv olunan bankın adı dəyişdirilə bilər?backend

Lisenziyası ləğv olunan bankın adı dəyişdirilə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a hüquqşünas, “Antikollektor” MMC-nin rəhbəri Əkrəm Həsənov bildirib.

Hüquqi şəxsin ləğvi insanın dəfn mərasimi kimi bir şeydir. Bəşir Səfəroğlu demişkən: “Ölünün də qıdığı gələr? Öldü – qurtardı!” Lakin sözügedən bankın nəinki qıdığı gəlib, hətta ölüm yatağında cildini də dəyişib: “ Belə ki, Vergilər Nazirliyinin saytına əsasən adını dəyişib və indi belə adlanır: \”PARA\” BANK OLMAYAN KREDİT TƏŞKİLATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ (Ləğv prosesindədir). Yəni ləğv prosesində olan bank adını də dəyişdirib, üstəlik Palata ona bank olmayan kredit təşkilatı kimi lisenziya da verib. Axı bu necə ola bilər? Adın dəyişdirilməsi üçün səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçirilməlidir, bu isə mümkün deyil, çünki o, ləğv prosesindədir. Lisenziya da ləğv prosesində olan şəxsə verilə bilməz, əksinə “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25-ci maddəsinə əsasən ləğv olunan kredit təşkilatının lisenziyası da ləğv olunmalıdır. Bəs Palata bu lisenziyanı necə verib? Ümumiyyətlə ləğv olunan hüquqi şəxsin adı necə dəyişdirilib? Faktiki ləğvi bitməmiş bank qeybə çəkilib. Dünya praktikasında hələ belə şey olmamışdı! Amma bizdə oldu!Nəhayət, ən ciddi məsələ. Parabankda sığortalnmamış əmanətlər, hüquqi şəxslərin bank hesabları var, orada da qaytarılmamış pullar var. Əmanət qəbul etmək, bank hesabları aparmaq sırf bankın səlahiyyətidir. Bank olmayan kredit təşkilatı əmanət qəbul edə, bank hesabları aça, orada pul saxlaya bilməz. İndi isə belə çıxır ki, sözügedən bu təşkilat artıq bank olmasa da, orada əmanətlər və bank hesabları var. Bu isə misli görünməmiş qanunsuzluqdur!”,- deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az