İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
Deputat “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında\” qanun layihəsinin vacib olduğuna da diqqət çəkib:
“Bu, faktiki olaraq vergi yükünün azaldılmasına, vergi borclarının azaldılması üçün atılan addımdır. Burada təxminən 600 milyon manatdan söhbət gedir”.
Vahid Əhmədov vergi amnistiyası üçün təyin olunan vaxtın uzadılmasını da təklif edib: “Qanun layihəsində 3 ay nəzərdə tutulub: yanvar, fevral, mart. Bu üç ay maliyyə bazarlarında ən ağır aylardır. Bir çox dövlət büdcəsindən maliyyələşən təşkilatlara vəsait mart ayının 10-dan sonra ayrılır. Buna görə də, sanksiyaların ödənilməsində müəyyən problemlər yarana bilər. Vaxt məsələsinə baxılsa, yaxşı olar. Təklif edirəm ki, bu müddəti 6 aya qədər uzadaq”.
Deputat qeyri-dövlət təşkilatlarının vergi borcunun daha çox olmasına da diqqət çəkib: “Buna görə də, əsasən qeyri-dövlət qurumlarına baxmaq lazımdır”.
İnterpress.az