İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.
Ş. Mehmanqızının sözlərinə görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb:
“Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir”, – deyə Ş.Mehmanqızı əlavə edib.
QEYD: Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.
İnterpress.az