İnterpress.az xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı \”Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında\” qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.
Fərmanda Azərbaycan Mərkəzi Bankına Maliyyə Nazirliyi ilə birlikdə, Maliyyə Sabitliyi Şurasının 2017-ci il üçün təsdiq etdiyi pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tövsiyə edilib.
Fərmanda Maliyyə Sabitliyi Şurasına 2016-cı ilin sonuna kimi \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirləri də təsdiqləmək və tədbirlər planına uyğun olaraq icrasını təmin etmək tapşırılıb.(apa)
İnterpress.az