Bağlanan bankların əmanətçilərinə 721,667 milyon manat ödənilibbackend

Bağlanan bankların əmanətçilərinə 721,667 milyon manat ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fonddan verilən məlumata görə, \”Parabank\” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 937 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), \”Zaminbank\” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 461 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), \”Kredobank\” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və \”Dekabank\” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manat (ümumi kompensasiya öhdəliyinin 96%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 190 min manatdan artıq kompensasiya verilib.

\”Atrabank\” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 270 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), \”Qafqaz İnkişaf Bankı\” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 244 min manatdan artıq kompensasiya ödənilib.

\”Bank of Azerbaijan\” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), \”Gəncəbank\” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), \”Texnikabank\” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 276 min manatdan artıq kompensasiya ödənilib.

\”Bank Standard\” QSC-nin qorunan əmanətçilərinə 433 mln. 957 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,667 mln. manatdan artıq kompensasiya ödənilib.

İnterpress.az