Palatadan verilən məlumata görə, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olub.
Palata, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Buta Sığorta” ASC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərqarant Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
İnterpress.az