Bakıda Xəzərin hüquqi statusu müzakirə edilirbackend

Bakıda Xəzərin hüquqi statusu müzakirə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iclası açaraq danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlərin görüldüyünü deyib.

XİN rəsmisi bildirib ki, Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması növbəti Zirvə toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacaq və bu da xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi mexanizmi təşkil edəcək.

Nazir müavini vurğulayıb ki, Xəzər dənizi iqtisadi inkişafa, Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələr üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş daha səmərəli tədbirlərin görülməsinə xidmət edəcək.

İnterpress.az