İnterpress.az xəbər verir ki, BakiPost.az-a bu mövzuda onlarla şikayət daxil olub. Şikayətçilər bildirirlər ki, onlar Beynəlxalq Bankdan kredit yolu ilə aldıqları mənzili indi sata bilmirlər. Onların sözlərinə görə, bir müddət aylıq kredit borcunu ödədikdən sonra mənzillərini satmaq istəsələr də, bank həmin mənzilləri başqasının adına qeydiyyata salmaqdan imtina edir.
Beynəlxalq Bank bununla bağlı sakinlərə konkret cavab vermir. Bank rəhbərliyinin bir neçə dəfə dəyişdiyini əsas gətirən qurum işçiləri, yeni rəhbərliyin hansı qərar verəcəyini gözləməyin vacib olduğunu deyirlər.
İnterpress.az