İnterpress.az xəbər verir ki, bunu \”Anadolu\” agentliyinə müsahibəsində TAP-ın icraçı direktoru Yan Bradşou deyib.
Onun sözlərinə görə, “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra, 2020-ci ilin əvvəllərində planlaşdırılır.
Yan Bradşou əlavə edib ki, bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
İnterpress.az