Yanvarın 29-da İran Mərkəz Bankının rəhbəri milli televiziyaya müsahibə verərkən elan edib ki, ABŞ dolları ölkə daxilində istifadə edilməyəcək. Bu addımın səbəbi Trampın İran da daxil olmaqla 7 müsəlman ölkəsiniə qoyduğu qadağa ilə əlaqədardır.
İran Mərkəz Bankından verilən rəsmi bəyanata görə, İranda istifadəsi dayandırılan ABŞ dollarıının əvəzinə xarici ticarətdə daha çox istifadə edilən başqa bir stabil valyuta dövriyyədə olacaq. Hazırda Mərkəzi Bank 2 seçim üzərində çalışır: ya avro, ya da İran vətəndaşlarının seçim etmələri üçün bir neçə xarici pul vahidi.
Əsas məsələ isə neft sənayesində hansı pul vahidinin istifadə ediləcəyidir. Gəliri 41 milyard dollar hesablanan neft sənayesində ciddi problemlərə səbəb olacağı bildirilir.
Dolların əvəzinə \”Bitcoin\” rəqəmsal pul vahidinə keçilməsi mümkün variant hesab edilir. İlk dəfə 2015-ci ildə avqust ayında \”Bitcoin\” İran bazarına daxil olub. İranın növbəti illərdə 50 milyondan çox internet istifadəçisi olan \”Bitcoin\”un əsas bazarından biri olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, \”Bitcoin internetə indeksli virtual bir pul vahididir. Heç bir mərkəzi avtoritetə (hökumətə) bağlı olmadan dövriyyəyə girən “Bitcoin” ilə sərmayə yatırmaq mümkündür, mal və xidmət alışı reallaşdırılır.
“Bitcoin” sözü kompüter termini “bit” ilə, xırda pul mənasını verən “coin” sözlərindən əmələ gəlib.
İnterpress.az