AZAL: “Şəhidimizin qohumlarına qarşı hörmətsizlik xəbəri yanlışdı”backend

AZAL: “Şəhidimizin qohumlarına qarşı hörmətsizlik xəbəri yanlışdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski belə bildirib.

“Həmin saytlar yazır ki, guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər. Bu, kökündən yanlış xəbərdir. Belə ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320” tipli təyyarə ayırıb. Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır”, – deyə P.Kəsəmənski bildirib.

AZAL rəsmisi qeyd edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.

\”Sonda onu qeyd etmək istərdim ki, bəzi kütləvi informasiya vasitələrinin bizimlə dəqiqləşdirmə aparmadan xəbər dərc etdikləri üçün dərin təəssüf hissi keçiririk\”, – deyə o bildirib. ( apa )

İnterpress.az