“Azərsun Holdinq” kərə yağlarının qiymətləri ilə bağlı xəbərlərə cavab verdibackend

“Azərsun Holdinq” kərə yağlarının qiymətləri ilə bağlı xəbərlərə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Azərsun Holdinq”ə ölkə bazarında satışa çıxarılan kərə yağları ilə bağlı məlumat yayıb.

Məlumatda holdinqə məxsus olan “Newland” kərə yağının hazırda bazarda ən ucuz yağ olduğu qeyd olunur. Açılama aşağıdakı kimidir:

\”Mətbuatda ölkə bazarında satışa çıxarılan kərə yağlarının qiymətləri ilə bağlı xəbərlərə cavab olaraq bildirmək istəyirik ki, “Azərsun Holdinq”ə məxsus “Newland” markası hazırda bazarda ən ucuz qiymətə təklif edilən kərə yağıdır. 100 faiz təbii Yeni Zelandiya məhsulu olan bu kərə yağı ən yüksək keyfiyyət tələblərinə uyğun olaraq adıçəkilən Şirkətlər Qrupuna məxsus Bakı Qida və Yağ Fabrikində qablaşdırılaraq istehlakçılara 1 kiloqramı 16 manata təklif edilir və ölkə bazarında böyük rəğbətlə qarşılanır. \”

İnterpress.az