“Dəmirbank”da pulu olanların nəzərinəbackend

“Dəmirbank”da pulu olanların nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADİF-dən verilən məlumata görə, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə 1 fevral 2018-ci il tarixindən “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə başlanılacaq. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara mütəmadi məlumat veriləcək.

\”Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Əmanətlərin Sığortalanması Fondu bir daha əmanətçilərin nəzərinə çatdırır ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur\”.

İnterpress.az