2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34 % artaraq 5,3 milyard dollara çatıb. Ölkəmizin strateji valyuta ehtiyatları isə ilin əvvəli ilə müqayisədə 4,2 milyard dollar artaraq, 42 milyard dollara çatıb. Bu rəqəmləri Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda açıqlayıb.
Elman Rüstəmov manatın ötən il nisbətən möhkəmləndiyini və müəyyən qədər yığım vasitəsi funksiyasını bərpa etdiyini bildirib.
Elman Rüstəmov 2018-ci il üçün Mərkəzi Bankın əsas hədəflərini də açıqlayıb.
Elman Rüstəmov 2017-ci ildə qeyri-neft sektorunda ümumi daxili məhsulun real olaraq 2,7% artdığını da bildirib.
İnterpress.az