İnterpress.az xəbər verir ki, bu sözləri sonxeber.az-a açıqlamasında a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov deyib.
V.Şıxməmmədov bildirib ki, Zərnigar Ağakişiyevanın cəsədi tibbi ekspertizadan dərhal sonra qohumlarına təhvil verilib:
\”Hazırda cənazə Qubaya aparılır. Qubaya çatandan sonra dərhal dəfn olunacaq. Qubada təxminən 2-3 saata dəfn mərasimi keçiriləcək\”.
Qeyd edək ki, Xalq artisti Zərnigar Ağakişiyevanın Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə meyiti tapılıb. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.
Allah rəhmət eləsin !
İnterpress.az