O, həyatı boyunca bir dəfə də olsun, Qarabağ münaqişəsi ilə bağlı film çəkmədi ki, maliyyəsi kəsilə bilər.
Rüstəm İbrahimbəyovun yüksək səviyyədə satıcılıq qabiliyyəti var.
2013-cü ildə “один раз” kimi bir təşkilat yaradıb onu o təşkilatına başına qoydular. Halbuki, heç onların yaratdığı Milli Şura adlı təşkilatın nə başı var idi, nə də ayağı. Araşdırsaq görərik ki, heç Milli Şuranın bu başqanının da başı yoxdur, bədəninin üstündə gəzdirdiyi yumru bir şey kənardan baş kimi görünür. Nəysə ki, həmin bu İbrahimbəyov yaratdığı təşkilatın “srok”u bitəndən sonra aradan çıxdı. Sonradan məlum oldu ki, onların yaratdığı təşkilatın da istifadə müddəti bircə dəfəlik üçün nəzərdə tutulmuş. Eyni zamanda, hörmətsiz kinorejissor da qurumun istifadə müddəti bitdikdən sonradan aradan çıxması həm də Kərimli kimi əqidədaşlarını tərk etməsi ilə nəticələndi. Təsəvvür edin ki, adicə öz əqidədaşlarını, yaxın dostlarını tərk edib aradan çıxan adam Azərbaycana rəhbərlik etmək eşqinə düşübmüş. Ki, prezident olandan sonra dövləti pis vəziyyətə qoyub ölkədən qaçsın və xalqı didərgin gününə salsın.
Adamın niyyəti mənə çoxdan bəlli idi. Onun prezident postuna gəlməsinin əsl səbəbi də elə bu idi ki, Qarabağ münaqişəsinin ermənilər xeyirnə həll olunması üçün addımlar atsın. Çünki İbrahimbəyov xüsusi sifarişlə və ona verilən külli miqdarda “halal” pul hesabına kinorejissorluqdan imtina edib siyasət meydanlarına qədəmlərinə qoymağa çalışmışdı.
Ümumiyyətlə, bu adam pula görə öz peşəsini, sənətini satdı, sonra pul qarşılığında siyasətə gəldi, daha sonra pul qarşılığında əqidədaşlarını pis vəziyyətdə qoyub aradan cırxdı. Lap daha sonra bu adam külli miqdarda pul qarşılığında öz millətini, xalqını, qanını, soyunu, kökünü, əslini satmağı bacardı. Adamın yüksək səviyyədə satıcılıq qabiliyyəti var. Ona görə də, ona SATQIN demək onu əsl adı ilə tanıtmaq kimidir.
İbrahimbəyovun ssenari müəllifi olduğu məlum filmdən hamının xəbəri var. Adam həyatda elə bir yüksək standartlara cavab verə biləcək qədər satıcılıq qabiliyyətinə malikdir ki, hətta filmdə də öz doğma xalqını düşmənə satmağı bacarır. Öz xalqını əsrlərdir düşmən münasibətdə olan bir xalqın yanında aşağılamaq yalnız şərəfsizlərə xas olan xarakterikdir. İbrahimbəyov, daha doğrusu İbrahimyan bununla da bir daha sübut etmiş oldu ki, o, ermənilərə işləyir.
Ümumiyyətlə, bir zamanlar prezidentlik eşqinə düşən İbrahimyanın davası qarın davası olub. Çünki adam həyatı boyunca pul qarşılığında əlindən gələn bütün şərəfsizliyi edib. O, həyatı boyunca bir dəfə də olsun, Qarabağ münaqişəsi ilə bağlı film çəkmədi ki, maliyyəsi kəsilə bilər. Bəli, səbəb məhz qrantının kəsilmə ehtimalından qorxmasıdır. Adam Azərbaycan xalqını aqressiv, erməni xalqını isə humanist qələmə verməklə öz iyrənc siyasətini açıq-aşkar ortaya qoydu. Öz xalqını başqa xalqın qarşısında alçaltmaqla əsl kimliyini sübut etdi. İbrahimyan, eyni zamanda, rus düşüncəli təfəkkürə sahib olduğunu göstərdi.
Ümumiyyətlə, Azərbaycan xalqını aşağılayan bu şəxsin həyat tarixçəsinə nəzər saldıqda da məlum olur ki, adam tarixən ermənilərlə sıx dostluq münasibətlərində olub. Ona görə də, Rüstəm və onun kimilər hər zaman azərbaycançılıq ideologiyasına qarşı olublar. Bu da onların Ermənistanın xüsusi xidmət orqanlarının qarşısında icra etdikləri ümdə vəzifə borclarından biri olub. Çünki sifarişi dəqiqliklə yerinə yetirən İbrahimyanı himayədarları tərəfindən daha gözəl bəxşişlər gözləyir.