ABŞ-da müsəlman icmasının hüquqlarını müdafiə edən ən böyük təşkilatlardan biri olan Amerika-İslam Münasibətləri Şurası İsrailin Fələstinə hücumundan sonra oktyabrın 7-dən müsəlmanlara qarşı təzyiq, qərəz və bəzən fiziki hücumların artdığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-da müsəlman icmasının hüquqlarını müdafiə edən ən böyük təşkilatlardan biri olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) oktyabrın 7-dən 24-dək ölkə daxilində müsəlmanlara qarşı qərəzli hərəkətlərlə bağlı 774 şikayətin daxil olduğunu açıqlayıb.
Şura rəsmiləri bu artımın keçmiş prezident Donald Trampın ABŞ-a müsəlman immiqrasiyasını qadağan etmək niyyətini açıqladığı 2015-ci ilin dekabrından bəri ən böyük şikayət dalğası olduğunu vurğulayıb.
“İctimai məmurlar hazırda ölkəni bürüyən nifrət dalğasının nəzarətdən çıxmasının qarşısını almaq üçün əllərindən gələni etməlidirlər”, – CAIR Araşdırma və Təbliğat direktoru Kori Saylor deyib.
Keçmiş prezident Corc Buşun 11 sentyabr hücumlarından sonra müsəlman icmalarına qarşı reaksiyanı sakitləşdirmək üçün məscidə getdiyini xatırladan Seylor prezident Co Baydeni Qəzzada ailə üzvlərini itirmiş amerikalıları ziyarət etməyə çağırıb.