ABŞ polisi evin qarajında ​​köhnə nüvə raketi tapıbbackend

ABŞ polisi evin qarajında ​​köhnə nüvə raketi tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Vaşinqton əyalət polisi şikayət əsasında bir evin qarajında ​​köhnə və paslanmış nüvə raketi tapıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. BBC-nin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi ilə bağlı Bellevue şəhər polisinə zəng vurduqdan sonra tədbir görülüb.

Bunun üzərinə polis raketi muzeyə bağışlamaq istəyən şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərərək boş vəziyyətdə olan raketin nüvə raketi olduğunu bildirib.

Polis tapılan cihazın əvvəllər MB-1 kimi tanınan Douglas AIR-2 Genie tipli, nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş havadan havaya idarə olunmayan raket olduğunu bildirdi. Polis raketin heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmadığını bildirib.

Raketin sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb.

Seattle Times qəzetinin yazdığına görə, raket soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib.

İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə başa çatıb.