ABŞ prezidenti Bayden seçki kampaniyasını TikTok-a daşıyıbbackend

ABŞ prezidenti Bayden seçki kampaniyasını TikTok-a daşıyıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyasını davam etdirmək üçün sosial media platforması TikTok-a daxil olub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

The Hill xəbərinə görə, Bayden dünən ilk dəfə “@bidenhq” adlı TikTok hesabında video yayımlayıb. O, seçicilərin diqqətini cəlb etməyə çalışıb.

Bayden ölkənin ən böyük idman təşkilatlarından biri olan Amerika Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan “Super Bowl”la bağlı sual-cavab videosu yayımlayıb.

NBC News-a danışan Baydenin seçki kampaniyası müşavirləri də Prezidentin TikTok hesabının tətbiqin ən böyük auditoriyasını təşkil edən gəncləri seçici kimi qazanmaq səyinin bir hissəsi olduğunu qiymətləndirib.