ABŞ şirkəti: “Azərbaycanda pullu insan çoxdur”backend

ABŞ şirkəti: “Azərbaycanda pullu insan çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır.

İnterpress.az xəbər verir ki, bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən ABŞ-ın “Technovate İnvestments”i şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.

F.İsmayılzadənin sözlərinə görə, yaratdıqları “Angel” klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisyalar yatırıb:

“Bu vaxta qədər startaplara 250 min ABŞ dolları məbləğində investisiya yatırmışıq. Amma hazırda dəstklədiyimiz startapların dəyəri 23 milyon ABŞ dollarına çatıb”.

F.İsmayılzadə qeyd edib ki, sentyabrda Azərbaycandan olan startapların ABŞ-dakı Silikon Vadisinə səfəri təşkil olunacaq.