ABŞ və Kanada TƏHLÜKƏDƏ: Kaskadiya subduksiya zonası AKTİVLƏŞİB – FOTObackend

ABŞ və Kanada TƏHLÜKƏDƏ: Kaskadiya subduksiya zonası AKTİVLƏŞİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Kanadanın qərb sahili boyunca uzunluğu 900 km-dən çox olan nəhəng qırılma xətti su altında uzanır.

interpress.az xəbər verir ki, alimlər planetimizin ən mürəkkəb ərazilərindən biri – Sakit okeanın şimal-qərb sahillərinə yaxın yerləşən Kaskadiya zona subduksiyasında tədqiqat aparıblar.

Təxminən 1000 km-lik bu sahə 9.0 bal gücündə dağıdıcı zəlzələ və 12 m hündürlüyünə çatan dalğalarla sonradan sunamiyə səbəb ola bilmə potensialına malikdir.

Orada bir tektonik plitə digərinin üzərinə sürünür. Buna Kaskadiya subduksiya zonası deyilir.

Təxminən hər 300 ildən bir 10 bal gücündə güclü dağıdıcı zəlzələlərə səbəb olur. Sonuncusu 1700-cü ildə olub.

Zəlzələ öz növbəsində 35 metr hündürlüyündə sunami yaradıb. Oxşar, lakin daha zəif bir hadisə 2011-ci ildə Yaponiyada baş verib. Nəticədə 20 min insan ölüb.

ABŞ-də hər an hər şey ola bilər. Bir sözlə, Kaliforniya, Oreqon, Vaşinqton, eləcə də Kanadanın Vankuver ştatları təhlükədədir.

Xuraman Etibarlı

İnterpress.az