ABŞ-yə poçt göndərişləri DAYANDIRILDIbackend

ABŞ-yə poçt göndərişləri DAYANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-yə poçt göndərişləri dayandırılib.

Interpress.az xəbər verir ki, bu barədə Dünya Poçt İttifaqının (DPİ) məlumat yayıb. Məlumata görə, 25 ölkə ABŞ-yə poçt göndərişlərini müvəqqəti olaraq dayandırıb.

Buna səbəb Vaşinqton administrasiyasının yeni gömrük rüsumları tətbiq etməsi olub.

İyulun sonunda ABŞ prezidenti Donald Trampın administrasiyası avqustun 29-dan etibarən ölkəyə daxil olan kiçik bağlamalara tətbiq edilən güzəştlərin ləğv olunacağını açıqlamışdı.

DPİ-nin Beynəlxalq Bürosunun rəhbəri ABŞ dövlət katibi Marko Rubiyoya məktub göndərərək, təşkilata üzv ölkələrin bu qərarın poçt əməliyyatlarının normal fəaliyyətinə təsir göstərəcəyindən ciddi narahat olduqlarını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az