“Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyi ilə bağlı bəyanatı populist və perspektivsizdir”.
İnterpress.az xəbər verir ki, bu barədə Abxaziya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.
Abxaziyanın Xarici İşlər Nazirliyi Gürcüstanın baş nazirinin respublika üzərində nəzarəti bərpa etmək niyyəti ilə bağlı bəyanatını populist və perspektivsiz adlandırıb.
Kobaxidze bir qədər əvvəl bildirmişdi ki, Tbilisi Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etməyi və 2030-cu ildə Avropa İttifaqına üzv olmağı planlaşdırır.
“Aydındır ki, bu cür populist bəyanatlar növbəti parlament seçkiləri ərəfəsində verilir və ilk növbədə daxili auditoriyaya yönəlib”, – Abxaziya Xarici İşlər Nazirliy bildirib.
Xuraman Etibarlı
İnrterpress.az