Ağcabədi sakini Xocavənddə tapdığı silah-sursatı polisə təhvil verdibackend

Ağcabədi sakini Xocavənddə tapdığı silah-sursatı polisə təhvil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə silah-sursat götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilən Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

 

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.

 

 

İnterpress.az