Ağdam Cümə məscidindən FOTOREPORTAJbackend

Ağdam Cümə məscidindən FOTOREPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Erməni işğalı nəticəsində müqəddəs məkanlarımız da vandalizmə məruz qalıb. Bunlardan biri də Ağdam şəhərində yerləşən Cümə məscididir.

Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib.

Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin tağça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma verib.

İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulub. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.

Erməni işğalından sonra Ağdam Cümə məscidi dəyişikliklərə məruz qalıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, komunal və komunikasiya xətləri dağıdılaraq, tamamilə yararsız hala salınıb.

Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək, Ermənistana aparılıb.

Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.

 

Fotoları təqdim edirik:

 

 

 

İnterpress.az