Ağdaşda azyaşlı su kanalında batıbbackend

Ağdaşda azyaşlı su kanalında batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda azyaşlı su kanalında batıb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.