Aİ Ukraynaya öz büdcəsindən əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlibbackend

Aİ Ukraynaya öz büdcəsindən əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynaya öz büdcəsindən əlavə 50 milyard avroluq dəstək paketi barədə razılığa gəlib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel xüsusi liderlər sammiti başlayarkən sosial media hesabında açıqlama verib.

“Bütün 27 lider Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib. Aİ Ukraynaya dəstək verməkdə liderlik və məsuliyyət daşıyır. Biz təhlükənin ölçüsünün fərqindəyik”, – Mişel bildirib.

Aİ ölkələrinin liderləri Ukraynaya maliyyə dəstəyi göstərmək məqsədi ilə İttifaqın uzunmüddətli büdcəsinə dəyişiklikləri müzakirə etmək üçün xüsusi sammitdə bir araya gəliblər.

Aİ Komissiyası yaxın 4 ildə Ukraynaya fasiləsiz dəstək vermək üçün 2024-27-ci illər büdcəsinə 50 milyard avroluq fondun daxil edilməsini istəyib. 26 üzv bunu dəstəklədiyi halda, Macarıstan müxtəlif səbəblərdən buna qarşı çıxıb.

Macarıstanın baş naziri Viktor Orban 2023-cü ilin dekabrında keçirilən Aİ Liderlər Sammitində yekdilliklə qəbul edilən qərara veto qoyub.