Qəzəbli ispaniyalı üç aylıq oğlu haqqında çirkin zarafatlar edən komediya aktyorunu döymək üçün altı saat velosipedlə yol gəlib.
İnterpress.az xəbər verir ki, komediya ustası Xayme Karavaka Madriddə monoloq oxuyarkən bir nəfər səhnəyə tullanaraq onun üzünə yumruq zərbəsi endirib.
Hücum edən şəxs dərhal bunu “oğlu haqqında pedofil şərhlər” etdiyi üçün etdiyini deyib.
Daha sonra hücumçunun adının Alberto Puqilato olduğu məlum olub. O, bir gün əvvəl sosial şəbəkədə üç aylıq oğlu ilə fotosunu yerləşdirib.
Karavaka fotonun altından şərh yazıb:
“Heç kim və heç nə ona homoseksual olmaq ehtimalından qaçmağa kömək etməyəcək. Zaman hər şeyi öz yerinə qoyur, bizə gözləmək qalır”, yazıb və əlavə daha vulqar sözlərlə şərhini davam etdirib.
Necə deyərlər, əkdiyini biçib. O, işlətdiyi vulqar və əcaib ifadələrin layiqli cavabını alıb.
Xuraman Etibarlı
İnterpress.az