Hindistanda məhkəmə məktəbli qıza məktəbdə hicab taxmağı qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Hindistanın Allahabad Ali Məhkəməsi yetkinlik yaşına çatmayan məktəbli qızın dərs zamanı hicab taxmasına icazə verilməməsi barədə qərar qəbul edib.
Qız hicabı məktəb forması ilə birlikdə taxmaq hüququnun tanınmasını tələb etsə də, məhkəməyə hicabın məcburi dini göstəriş olduğunu təsdiqləyən dini mətnlər təqdim etməyib.
Hakim bildirib ki, hicabın məcburi şəkildə taxılmasını tələb edən dini əsas təqdim edilməyib.
Məhkəmənin qərarına əsasən, şagird məktəbin müəyyən etdiyi geyim qaydalarına əməl etməlidir.
Məhkəmə həmçinin qeyd edib ki, eyni dini icmaya mənsub digər qız şagirdlər baş örtüyü olmadan dərslərdə iştirak edirlər.
Hakimin fikrincə, vahid məktəb formasının tətbiqi ayrı-seçkilik xarakteri daşımır, intizamın və təhsil müəssisəsinin vahid kimliyinin qorunmasına xidmət edir.
Xuraman Etibarlı
İnterpress.az






