Almaniya Aİ-nin Qırmızı dənizdəki “Aspides” missiyasına qoşun göndərilməsini təsdiqləyibbackend

Almaniya Aİ-nin Qırmızı dənizdəki “Aspides” missiyasına qoşun göndərilməsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Bundestaq Qırmızı dənizdə ticarət gəmilərinin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı tərəfindən yaradılmış “Aspides” missiyasına alman əsgərlərinin göndərilməsini təsdiqləyib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyanın Federal Parlamenti (Bundestaq) “Aspides” missiyasına dəstək olaraq alman əsgərlərinin Qırmızı dənizə göndərilməsinə icazə verən qətnaməni təsdiqləyib.

Parlamentdə keçirilən səsvermədə 538 deputat təklifi təsdiqləyib, 31 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.

Nazirlər Şurasının daha əvvəl qəbul etdiyi memoranduma görə, Almaniya bir freqat və təxminən 700 əsgəri ilə missiyaya töhfə verəcək.

Missiya fevralın 19-da başlayıb

Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki “Aspides” missiyası fevralın 19-dan başlayıb.

Aİ Şurasının fevralın 19-da verdiyi açıqlamaya görə, “Aspides” missiyası yalnız müdafiə məqsədi daşıyacaq.

Missiya dənizdə “vəziyyət xəbərdarlığı” təmin edəcək, gəmiləri müşayiət edəcək və mümkün hücumlara cavab verəcək və Qırmızı dəniz, Ədən körfəzi, Oman körfəzi və Fars körfəzindəki beynəlxalq sularda, eləcə də əsas dəniz kommunikasiya xətlərində aktiv fəaliyyət göstərəcək.

Qərargahı Yunanıstanın Larissa şəhərində olacaq missiyaya kontr-admiral Vasilios Griparis komandanlıq edəcək.