Almaniyada dərman təminatında yaranan çatışmazlığın hər gün 1,5 milyon insana təsir etdiyi bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Almaniyanın Nordrhein Əczaçılar Birliyinin prezidenti Thomas Preis, Alman ictimai yayımı ARD-a verdiyi açıqlamada hər iki reseptdən birində tədarük çatışmazlığı olduğunu ifadə edərək deyib ki, bu, 1,5 milyon insanın tədarük darboğazından təsirləndiyi anlamına gəlir.
Bunun apteklərdə çox iş yükü yaratdığını bildirən Preis, antibiotiklərin çox az olması səbəbindən tədarük prosesində problemlərin olduğunu qeyd edib.
Ölkədə həkimlərin daha çox patent qoruma müddəti bitmiş dərmanlar yazdığını ifadə edən Preis, bu dərmanların getdikcə daha az olduğunu açıqlayıb.