Altı ayda Suriya və İraqda 8 lider məhv edilib, 32 yüksək rütbəli İŞİD üzvü saxlanılıb
interpress.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
ABŞ ordusu İraq təhlükəsizlik xidmətləri və Suriya Demokratik Qüvvələri (SDQ) ilə birlikdə 2024-cü ilin yanvarından iyun ayına qədər Suriya və İraqda İŞİD-ə qarşı 196 əməliyyat keçirib.
Nəticə olaraq:
İraqda 30 yaraqlı zərərsizləşdirilib, 74-ü saxlanılıb;
Suriyada 14 yaraqlı məhv edilib, 92-si saxlanılıb.
CENTCOM-un məlumatına görə, öldürülənlərdən 8-i təşkilatın liderləri, saxlanılanlardan 32-si isə İŞİD-in yüksək rütbəli üzvləridir.
SDF (“Suriya Demokratik Qüvvələri”) 2015-ci ildə ABŞ-nin rəhbərlik etdiyi Suriyada beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan hərbi ittifaqdır. Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd terror təşkilatı YPG təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az