Amsterdamda “Rusiya binası” QALMAQALI: Məhkəmə 6 həftə VAXT VERDİbackend

Amsterdamda “Rusiya binası” QALMAQALI: Məhkəmə 6 həftə VAXT VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amsterdam məhkəməsi Rusiyanın ticarət nümayəndəliyinin binasını zəbt edənlərin çıxarılması barədə qərar verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Amsterdam məhkəməsi Rusiyanın ticarət nümayəndəliyinin binasını qanunsuz olaraq zəbt etmiş şəxslərin obyekti altı həftə ərzində tərk etmələri barədə qərar qəbul edib.

Məhkəmənin qətnaməsində qeyd olunur ki, binanın “skvoterlər” (özbaşına məskunlaşanlar) tərəfindən tutulması Rusiyanın sahib olduğu uzunmüddətli icarə hüququna ziddir.

Məhkəmə, həmçinin vurğulayıb ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar diplomatların ölkədə yaşamaq hüququnu və imkanını istisna etmir.

Xuraman Etibarlı

İnterpress.az